Əkbər Məhəmməd oğlu Rüstəmov 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1973-cü ildən Ağdam şəhər 50 saylı orta texniki-peşə məktəbində bədən tərbiyəsi üzərə idman rəhbəri vəzifəsində çalışmışdır. 1977-ci ildə 50 saylı orta texniki-peşə məktəbinin bazasında yaratdığı ,,Şəfəq,, futbol komandası bir ildən sonra respublika çempionu adına layiq görülmüşdür.Əkbər Rüstəmov 1988-ci ildən Azərbaycanın müstəqilliyi uğrunda milli-azadlıq hərakatına qoşulmuşdur və milli azadlıq hərəkatının özünüimüdafiə dəstəsində fəal iştirak etmişdir. 1989-cu ildə Lağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə maddi yardım daşıyan maşın karvanları məhz onun müşayəti ilə son məntəqəyə çatdırılırdı. Erməni quldurları yolları bağladıqdan sonra həmin məntəqələrin Ağdamla hava ilə əlaqəsinin təmin olunmasında əvəzsiz xidmətlər göstərmişdir. 1992-ci ilin mart ayının 21-də özünü-müdafiə dəstəsinin bazasında, dövlət tərəfindən Eldar Bağırov adına 845 saylı hərbi hissə yaradılmış və 1 saylı əmrlə Əkbər Rüstəmov 4-cü bılüyün komandiri təyin edilmişdir.
Müasir dövrün qəhrəmanları: Əkbər Məhəmməd oğlu Rüstəmov və Sənan Əkbər oğlu Rüstəmov
Avropada Azərbaycan diasporunun banilərindən biri: Əbdürrəhman Fətəlibəyli - Düdənginski
Əbdürrəhman Fətəlibəyli - Düdənginski 1908-ci il iyunun 12-də Şərurun Düdəngə kəndində anadan olub. Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. Naxçıvanın tanınmış ziyalısı Əli Əliyev özünün "Əlincə yaddaşı, Naxçıvan, 1914-1992" kitabında bu haqda maraqlı məlumatlar verib. Atası faciəli surətdə öldürüləndə Əbdürrəhmanın iki yaşı vardı. O, gənc yaşlarında əsgər gedib, hərbi piyada məktəbini bitirib, Azərbaycan diviziyasında zabit olub. 1935-1936-cı illərdə Moskva Hərbi Akademiyasında təhsil almağa göndərilib. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyli xanım Qazıyeva ilə ailə qurub. 1938-ci ildə Leninqradda ilk övladı - Əli anadan olub. Qeyd edək ki, Ə.Fətəlibəyli olduqca bacarıqlı zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu. O, bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləyib. 1940- cı ildə Sovet hissələri Pribaltika respublikalarını işğal etdikdən sonra, Ə.Fətəlibəyli Riqada yerləşən hərbi qərargaha göndərilib, orada almanlara əsir düşüb.
Diasporanın ilk kapısı Almanya
Türkiyeli göçmenlerin ilk Batı kapısı olan Almanya'da Türkler 2 milyonu aşan nüfuslarıyla en kalabalık yabancı grup. Göçmenlerin 700 bini Alman vatandaşı olmuş. 500 bini ise seçme hakkına sahip. Batı Avrupa'nın Almanya, Holalanda ve İsviçre gibi önemli ülkelerine yaptığımız yolculukta kırk yıllık Türk Diasporası'nı inceledik. Her üç ülkenin Türkiye açısından önemi, büyük sayıda Türk nüfusa sahip olmaları. Batı Avrupa'daki Türkler yabancı göçmenler arasında 3,5 milyon nüfusla ilk sırada yer alıyorlar. Türkiye'den gelen göçmenlerin ezici çoğunluğu Almanya'da yaşıyor. 82 milyonluk Almanya'da 7,4 milyon yabancı var. Göçmenler arasında ilk sırayı iki milyonu aşan nüfusla Türkler alıyor. Bunun 1 milyon kadarı Kuzey Rhein Westfalya Eyaleti'nde yaşıyor. Türklerle birlikte Almanya'da yaşayan müslüman göçmenlerin nüfusu 3 milyona yaklaşıyor. İkinci Dünya Savaşı'ndan sonra federal sisteme geçen Almanya, başta Kuzey Rhein Westfalya ve Bavyera olmak üzere 16 eyaletten oluşuyor. Her eyaletin kendi başbakanı ve parlamentosu var. Eyaletler Meclisi ve Federe Meclis'ten oluşan iki meclise sahip. 1960'ların başında Almanya'nın göç merkezi Kuzey Rhein Westfalya idi. Ruhr havzası olarak da bilinen Kuzey Rhein Westfalya, Almanya'nın en kalabalık eyaleti. Nüfusu 18 milyon. Bu eyaletteki göçmenlerin yüzde 34'ü Türk. Almanya'daki Türklerin 700 bini Alman vatandaşlığına geçti. 500 bin Türk seçme hakkına sahip. Alman vatandaşlığını seçenlerin büyük kısmı ikinci kuşak Türkler.
Rusiyada yaşayan soydaşımız Fərhad Reyhanlının yeni kitabı "Çağır məni" işıq üzü görmüşdür.
Fərhad Əzim oğlu Reyhanlı 1956-cı il 14 dekabrda qedim türk torpağı olan Zəngibasar mahalının Reyhanlı kəndində anadan olub.İlk təhsilini Reyhanlı kənd orta məktəbində aldıqdan sonra Rusiyanın Sankt-Peterburq şəhərində təhsilini davam etdirib.
Hal-hazırda Sankt-Peterburqda yaşayıb-yaradır.Müxtəlif dövrlərdə Rusiya və Azərbaycan mətbuatında şerlərlə çıxış edir. Qürbətdə yaşayan gənclərimiz ömür yolunun bir təcəssümü olan şerlərdə yurd həsrəti, vətənə bağlılıq hisləri əsas yer tutur.
Kitabın Ön sözünün müəllifi və məsləhətçisi Filologiya elmləri doktoru, professor Sabir Nəbioğludur.
POETİK TƏFƏKKÜR QÜRBƏT TANIMIRBu, tarixən formalaşıb gələn və bizim günlərdə də yaşamaq qabiliyyətini qoruyub saxlamış bir baxışdır: Əsil poeziya yarandığı günlərin, dövrün ictimai –siyasi görüşlərini əks etdirməkdə həmişə tarixi, fəlsəfi qurumların ən sıralarında addımlamışdır. Elmi- tədqiqat aləmində belə bir iddianın yaşamaq qabiliyyətini saxlaya bilməsi məhz bu mülahizənin həqiqəti ifadə edə bilməsində qazanılmışdır. Tədqiqatçılar xalqaların və ölkələrin tarixini yüksək səviyyədə yazmaq üçün haqqında fikir söylədikləri dövrün ələbi –bədii xəzinəsindən bəhrələnməyə xüsusi qayğı ilə yanaşmışlar. Onların axtarışlarında ən zəngin və tükənməz mənbəi insanların yaşadıqları mühitə münasibətləri təşkil etmişdir.
ERMƏNİ ELİTASININ ETİRAFLARI
Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının sə-bəblərindən biri də türk və Azərbaycan xalqlarınm humanizmi-nə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərininamansız qəddarhğıdır.
Amerikan erməni yazıçısı L.Z.Sürməliyan. «Xanımlar və cənablar, müraciətim sizədir» kitabmdan.
Erməni yazıçısı V.Papazyan XX əsrin əvvəllərində ermənilərin inkişafı barədə məlumat verərək yazırdı: «Erməni xalqı tamamilə cahil, avam, vəhşi və başhcası şüursuz idi. Adamlar daha çox basqın və talançıhqla məşğul olurdular.. .onlar bir şimal vəhşiləri kimi təkcə ovla yaşayırdılar».
Stepan Şaumyan. Izbrannieproizvedeniya. tom. 1, s. 390.
Daşnak nümayəndələri ətraflarma çoxlu könüllü dəstələr yığaraq müharoibə gedən türk ərazilərində qadm, uşaq, qoca və əlilləri amansızcasma doğrayıb tökürdülər. A.Lalayan. 1918-20-ci illərdəki qırğınlar haqqmda. «İnqilabiŞərq»jurnah, M2-3, 1936. Moskva
ƏTRAFLI:
http://garabagh.ws/wp-content/uploads//2009/11/Erməni-elitasının-etirafları.doc
Füzuli Qurbanov "Sinergetika: xaosun astanasında"
Sonra. Ən kiçik elementar hissəciklə Güney Amerika pələngi arasında hansı
oxşarlıqlar var? Azərbaycan xalçaları üzərindəki naxışlarla kimyəvi saatlar, bioritmlər, hər hansı canlı növünün adaptasiyası mexanizima arasında hansı uyğunluqlar var? Elmin varlığını təbiətdə baş verən təkrarlara bağlayan Anri Puankare üçün belə bu müqayisələr paradoksal görünərdi. Paradoksallığın dəbdə olduğu çağdaş elmin meyarları baxımından isə bu suallar adi haldır. Elm sürətlə dəyişir, dəyişdikcə daha çox yaşamaq arzusu alovlanan insanı öz burulğanında fırladır. Bugünkü insan paradoqsallıq sindromu içində böyüyür. Onun üçün bir vaxtlar çox adi görünən şeylər indi yeni mənalar kəsb edir. İnsan nizamlılıqla xaosun arasında "vurnuxur". O, çıxış yolu axtarır. İnsan hadisələrin mürəkkəbliyində sadəlik axtarır ki, paradokslardan yaxa qurtarsın. O, kiçik hadisədən böyük bir işlərin necə yarandığı üzərində baş sındırır. Bu sirli dünyada birləşmə ilə ayrılmanın səbəblərini arayır. .. Biz bu düşüncələrlə artıq sinergetika adlanan yeni elm sahəsinin cazibəsinə düşmüş oluruq. Mülahizələri dərinləşdirmək üçün sinergetik düşünməyə məhkumuq.
Bəli, sinergetika adi həyatda, məişətdə, elmi fəaliyyətdə, siyasi karyerada, dövlət quruculuğunda hər kəsi "izləməkdədir". Ancaq onu duymaq və zamanın nəbzi ilə uyğunlaşmaq üçün nə olduğunu bilmək gərəkdir. Dünyanın qabaqcıl hissəsi 30 ildən çoxdur ki, sinergetikanın ritmi ilə yaşayır. Elmin bütün sahələrinə onun intensiv nüfuz etməsi prosesi gedir. Bir sözlə , dünya "sinergetik düşünməyə" başlayıb. Azərbaycanda da bu elm sahəsi ilə məşğul olanlar var. Riyaziyyat, iqtisadiyyat, fizika və elmin fəlsəfəsi üzrə sinergetik araşdırmalar aparılır.
Müəlliflə əlaqə saxlamaq: fqurbanov2005@rambler.ru
YÜKLƏ:
http://www.boxca.com/olzr00oc6xbq/füzuli-kitab1.doc.html
Azərbaycanda bələdiyyə sisteminin yaranması və fəaliyyət istiqamətləri
Yerli özünüidarəetmə-xalqın, ona aid olan hakimiyyətin həyata keçirilməsinin formalarından biridir. Yerli özünüidarəetmə-idarəçiliyin desentralizasiya olunmuş formasıdır və özündə, özünüidarə hüququna malik olan ərazi əhalisini təmsil edən yerli orqanların mütəqilliyini və muxtariyyətini nəzərdə tutur.
Yerli özününidarənin nəzəri əsasları XIX əsrin birinci yarısında fransız dövlət xadimi və alimi Aleksis Tokvil, alman alim-hüquqşünasları Rudolf Qneyts, Lorens Şteyn, Paul Laband və digərləri tərəfindən işlənib hazırlanmışdır. Özünüidarənin ictimai nəzəriyyəsi, yerli cəmiyyət və birliklərin öz səlahiyyətlərini yerinə yetirmək azadlığının tanınması prinsipinə əsaslanır. Özünüidarənin dövlət nəzəriyyəsinə uyğun olaraq, yerli özünüidarəetmə-dövlət idarəçiliyinin yerlərdə təşkil edilməsi formalarındandır.
Azərbaycanda yerli özünüidarəetmə forması bələdiyyələr adlandırılır. Bələdiyyə ərəb mənşəli söz olmaqla “şəhər məsələləri” anlamını verir və artıq dilimizdə ümumişlək sözlərdən birinə çevrilib.
Qurbanov Füzuli: Müasir elmi yanaşmalarda risk faktoru
Risk anlayışının mənşəyi və onun haqqında ilkin təsəvvürlər Risk anlayışının mənşəyi dəqiq məlum deyil. Risk haqqında ilkin təsəvvürlər Qədim Şərqdə formalaşmışdı. Burada dəniz ticarətinin inkişafı ilə əlaqədar gəminin sahibi ilə orada çalışanların qarşılıqlı təminat razılaşması vardı. Bu qarşılıqlı razılaşmada müxtəlif gözlənilməz situasiyalarda tərəflərin öhdəlikləri tənzimlənirdi. Yəni indi bizim “risk” adlandırdığımız məfhum konkret hüquqi məzmun kəsb etmişdi. Bununla yanaşı, belə bir izah da var ki, Orta Əsrlərdə gəmiçilər latınca “risigio” sözündən istifadə ediblər. Bu sözün mənası “qaya sıldırımları” deməkdir. Gəmi bir neçə tərəfdən sıldırımlı qayalarla əhatə olunan su ərazisinə daxil olanda “risiqoya” getdiklərini (yəni sıldırımlı qayalar olan yerə) deyirmişlər ki, bu da mümkün ola biləcək daş düşməsinə qarşı ehtiyatlı davranmağı nəzərdə tuturmuş. Yəni indi bizim adi ifadə kimi işlətdiyimiz “riskə gedirəm” ifadəsinin gəmiçiliklə bağlı konkret tarixi varmış. Beləliklə, Qərbdə “risk” anlayışına yalnız Orta Əsrlərdən Yeni Dövrə keçid mərhələsində rast gəlinir. Hər bir halda tədqiqatçılar Avropa üçün Yeni Dövrün başlanğıcında bu anlayışın istifadə edilməyə başladığı qənaətindədirlər (bax: məs., 1).
Qurbanov Füzuli Məhəmməd oğlu, fəls. e.d., AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” şöbəsinin müdiri




